Ana Sayfa > Özəl > Heydər Əliyev və Azərbaycan mətbuatı
Heydər Əliyev və Azərbaycan mətbuatı22-07-2023, 14:17. Yazar: sevinc1 |
21 iyul 2023-cü il tarixində Lerik Rayon Heydər Əliyev Mərkəzində Milli Mətbuat Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa keçirilib. Lerik Rayon İcra Hakimiyyətinin və Lerik Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı sayəsində baş tutan, rayon ağsaqqallarının, jurnalistlərin, ziyalıların, mədəniyyət işçilərin qatıldığı tədbir ulu öndər Heydər Əliyevin, Vətən şəhidlərin, eləcə dünyasını dəyişən jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanıb. Lerik Rayon İcra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova qonaqları salamlayaraq KİV nümayəndələrini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara şərəfli və son dərəcə məsuliyyətli işlərində uğurlar arzulayıb. O, bildirib ki, mətbuatımız yarandığı ilk gündən qabaqcıl ideyaların-maarifçiliyin, milli azadlığın, demokratik fikrin carçısı olub. Həsən bəy Zərdabi “Əkinçi” qəzetini yaratmaqla cəmiyyətin inkişafında, mənəvi, siyasi, əxlaqi təkamülündə çox dəyərli işlər görübdür. Dəyirmi masada Mərkəzin direktoru, jurnalist Hüsaməddin Abbasov, "Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, ağsaqqal jurnalist-şair Qəhrəman Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, yaradıcı ziyalılardan Xanlar Həmid, Balaşirin Nəsirov, Zəfər Əliyev, Mais Təmkin, Mükafat Yaqub, Möhübbət Güneyli, İlkin Əzizli , Şəhid ailələri və Müharibə Veteranları İ B-nin rayon şöbəsinin sədri Veysəl Məlikov və rayon gənclər idman idarəsinin əməkdaşı Natiq İsaqov çıxışlarında qeyd ediblər ki, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra mətbuat və söz azadlığının təmin olub, milli mətbuatımız siyasi həmlələrdən, təzyiqlərdən, buxovlardan qurtularaq, inkişaf edib. Ulu öndər Heydər Əliyevin başlatdığı dövlət quruculuğu, demokratik islahatlar nəticəsində cəmiyyətimizin güzgüsü olan, ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına bildirməyə qadir medianın əsasları yaranıb. Daha sonra: “ Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək, böyük Zəfərimizin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam edilir”- deyiblər Dəyirmi masada ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanda mətbuat işçilərinin sosial müdafiəsi ilə bağlı gördüyü tədbirlərdən də ətraflı danışılıb. Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü aia.az Geri dön |