Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Zibil qutusuna atılan körpənin son vəziyyəti
Zibil qutusuna atılan körpənin son vəziyyəti21-07-2023, 11:05. Yazar: sevinc1 |
İyul ayının 17-də Sabunçu rayonunda anası tərəfindən məişət tullantıları qutusuna atan 10-15 günlük körpənin son vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) aia.az-a bildirilib ki, Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulan körpənin müalicəsi TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir: “Körpənin vəziyyəti kafidir, göbəyi düşmək üzrədir, qidalanması normaldır, sarılığı gedib. Təkrar analizlər götürülüb, nəticələri yoxlanılır”. Xatırladaq ki, yeni doğulan körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına yerləşdirilmiş, ona mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulmuşdu. aia.az Geri dön |