Ana Sayfa > Özəl > 20 iyul Rəşad Babək oğlu Eyvazovun doğum günüdür
20 iyul Rəşad Babək oğlu Eyvazovun doğum günüdür20-07-2023, 08:22. Yazar: sevinc1 |
Şanlı tariximizin qəhrəman oğlu İkinci Qarabağ müharibəsində haqq savaşımızda tarix yazan Rəşad Babək oğlu Eyvazov Astara rayonun Pəlikəş kəndində dünyaya göz açmışdı. Vətənə məhəbbət, torpağa sevgi özünü dərk edən gündən onun həyat kredosuna dönür. Elə 18 yaşında Rəşadı şəhidlik zirvəsinə ucaldan ruhunda, canında, qanında olan bu ülvi, müqəddəs dəyərlər olur. O, 30 il düşmən tapdağına dönən torpaqların azadlığı naminə yaşına uyuşmayan bir tarix yazdı. Vətənin qeyrətini hər şeydən üstün tutmaqla sona qədər məkrli düşmənlə döyüşüb şirin canını ona qurban etdi. Bununla da Rəşad bu dünyadan getsə də, mənən əbədi bir ömür qazandı, millətinə örnək, müqəddəs, şanlı həyat yolun sahibi olmaqla ürəklərə köçür. Dövlət də öz igid oğlunun hünər dastanına “Vətən uğrunda”, “İgidliyə görə”, Füzulinin, Cəbrayılın, Xocavəndin azad olmasına görə medalları ilə şöhrət qatır. Köksündə qəhrəman ürəyi döyünən Rəşad həqiqi hərbi xidmətə cəbhə bölgəsində başlayır. Vətəninə sədaqət göstərir, müqəddəsliyinə tapındığı doğma Azərbaycanın hər qarışını göz-bəbəyi kimi qoruyur. Həm də Rəşadın namuslu, vicdanlı olması, xalqın milli-mənə dəyərlərə hörməti komandirlərin, əsgər yoldaşlarının yanında onu başıuca edir. İkincisi Rəşadın yurdsevərliyi, vətənpərvərliyi, igidliyi əsgərlər qarasında ruh yüksəkliyi yaradır, onlarda Vətənə, torpağa məhəbbət hissləri aşılayır. Ən çox bu Vətən sevdalısını narahat edən düşmənin Azərbaycan torpaqlarında törədikləri vəhşiliklər olur. Bütün bunların qisasını almaq üçün təlim məşqlərdə fərqlənir, məqamında düşmənin başını əzməkdən ötrü hərbinin sirlərinə mükəmməl yiyələnir. Vətən müharibəsi başlanan günü Astaranın igid oğlu qəlbində erməni dığalarına qarşı nifrət döyüşə girir və son nəfəsə qədər hər qarış torpaq uğrunda mübarizə aparmağa and içir. O, müharibə meydanında düşmənə vurduğu ən amansız zərbələrlə ad qoyur. Doğma torpaq uğrunda can qoyan, mərdliklə döyüşən qəhrəman əsgər Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığında sözün əsl mənasında qəhrəmanlıq dastanı yazır. Hər döyüşdə düşmənə qan udduran Rəşad 19 oktyabrda Vətənə atılan qülləni öz polad sinəsinə çəkir... Bəli, indi bütün astaralılar qəhrəmanlıq göstərərək ölümsüzlüyə qovuşan Rəşadı özünə iftixar mənbəyi, qürur yeri bilirlər. Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü aia.az Geri dön |