Ana Sayfa > Özəl > Gəncə şəhərində qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib
Gəncə şəhərində qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib19-07-2023, 19:53. Yazar: sevinc1 |
Gəncədə qanunsuz küçə ticarəti hallarına qarşı mübarizə tədbirləri çərçivəsində növbəti reyd keçirilib. aia.az xəbər verir ki, reyddə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev iştirak ediblər. Səkiləri, eyni zamanda, yol kənarlarını zəbt edərək piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən və məhdudlaşdıran, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olanlara qarşı keçirilən reyd şəhərin müxtəlif ərazilərini, eləcə də Heydər Əliyev, Nizami Gəncəvi və Şah İsmayıl Xətai prospektlərini əhatə edib. Reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olanlarla izahedici söhbətlər aparılıb, xəbərdarlıq olunub. Azər Tağızadə Geri dön |