Ana Sayfa > Özəl / Qərbi Azərbaycan > Bakı Sağlamlıq Mərkəzinin həkimləri Daşkəsən rayonunda növbəti səyyar tibbi müayinəyə start verir

Bakı Sağlamlıq Mərkəzinin həkimləri Daşkəsən rayonunda növbəti səyyar tibbi müayinəyə start verir


19-07-2023, 18:43. Yazar: sevinc1
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Daşkəsən rayonunda növbəti səyyar tibbi müayinəyə start verir

AİA.Az xəbər verir ki, “AzerGold” QSC və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunda "Çovdar" qızıl mədənin yaxınlığında yerləşən Çovdar kəndi, Şadax yaşayış məntəqəsi, Çaykənd, Quşçu və Bayan kəndlərinin sakinlərinin növbəti səyyar tibbi müayinəsinə start verilir.
22 iyul tarixindək davam edəcək 3 günlük aksiya çərçivəsində peşəkar həkim briqadası tərəfindən ümumi cərrah, LOR, terapevt, endokrinoloq, kardioloq, nevropatoloq, pediatr, USM, EXO, EKQ, qanın və sidiyin ümumi analizi, ambulator qan təzyiqi monitorizasiyası və şəkərin təyini müayinələri keçiriləcək. Səyyar tibbi müayinə aksiyası yerli icmaların, xüsusilə ucqar kənd sakinlərinin səhiyyə sahəsində xidmətlərə əlçatanlığının artırılması, profilaktik müayinə mədəniyyətinin təbliği məqsədini daşıyır.
Geri dön