Ana Sayfa > Qərbi Azərbaycan > TƏBİB-in topladığı cərimələrin istifadə qaydası hazırlanacaq
TƏBİB-in topladığı cərimələrin istifadə qaydası hazırlanacaq18-07-2023, 17:40. Yazar: sevinc1 |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə qaydası hazırlanacaq. aia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 896-VIQD nömrəli Qanununun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb. Nazirlər Kabineti İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir. aia.az Geri dön |