Ana Sayfa > Özəl > Azərbaycanla hədə- qorxu ultimatum dili ilə heç kim danışa bilməz.
Azərbaycanla hədə- qorxu ultimatum dili ilə heç kim danışa bilməz.17-07-2023, 17:52. Yazar: sevinc1 |
Bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik və heç kim bizim iradəmizə təsir edə bilməz. “Əksinə bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik, daha əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır.Bunu artıq hər kəs görür, görməlidir və bilməlidir ki, Azərbaycanla hədə - qorxu ,ultimatum dili ilə heç kim danışa bilməz və hesab edirəm ki,bundan sonra belə cəhdlər də olmayacaq” -deyə dövlətimizin başçısı vurğulayıb. Azərbaycan bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etdi. Bu gün biz Azərbaycan Ermənistan sərhədi istiqamətində çox əverişli mövqelərə sahib olmuşuq. Ölkəmizin həmişə hüququn , o cümlədən beynəlxalq hüququn tərəfdarı olduğunu diqqətə çatdıran dövlət başçısı deyib ki, ədalətin tərəfdarı idik, bu gün də ədalətin və beynəlxalq hüququn tərəfdarıyıq, beynəlxalq müstəvidə bu mövqeyi müdafiə edirik. Ölkəmizin ərazi bütövlüyü danışıqlar predmenti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq. Azərbaycanın külək və günəş enerjisi istehsal etmək üçün geniş imkanları var. Belə ki, 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizdə , həmçinin Kəlbəcər və Laçında buna yüksək səviyyədə nail olmaq mümükündür. “Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var” “Əgər keçən ilin oktyabırında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, rəsmən tanıyıb”, -deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki,bu müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hacıyeva Aytən Çingiz qızı YAP Zəngilan rayon təşkilatının fəal üzvü Geri dön |