Ana Sayfa > Özəl > "İdman hamı üçün" açıq idman tədbirləri keçirildi

"İdman hamı üçün" açıq idman tədbirləri keçirildi


17-07-2023, 15:46. Yazar: sevinc1
"İdman hamı üçün" açıq idman tədbirləri keçirildi

15 iyul 2023-cü il tarixdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarında parklarda, dəniz kənarında və zallarda "İdman hamı üçün" layihəsi çərçivəsində boks, atletika, futbol, voleybol, ağır atletika, stolüstü tennis , dama , şahmat , basketbol , taekvondo, sərbəst, eləcə Yunan-Roma güləşi idman növləri göstərilib və 450 nəfər cənub bölgəsinin sakinləri əyləncəli idman oyunlarında iştirak etməklə, bu onların böyük marağına səbəb olmuşdur.
Bu kütləvi idman tədbirinin təşkilində məqsəd isə kütlə arasında idmanın təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Geri dön