Ana Sayfa > Özəl > Bakı Mühəndislik Universitetinin cənub bölgəsi məktəbliləri ilə görüşləri
Bakı Mühəndislik Universitetinin cənub bölgəsi məktəbliləri ilə görüşləri17-07-2023, 11:43. Yazar: sevinc1 |
Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (İDP) ilə bağlı cənub bölgənin Lənkəran şəhər 4 saylı və Masallı şəhər 1 saylı məktəblərində I ixtisas qrupuna hazırlaşan 11-ci sinif şagirdləri ilə görüşlər təşkil olunub. Keçirilən tədbirlər zamanı BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov çıxış edərək universitetin yaranma tarixi, burada tədris olunan ixtisaslar barədə danışıb. BMU-İNHA İDP-nin tələbələrlə iş üzrə mütəxəssisi Nurlanə Abbaslı proqramın qəbul qaydaları, ixtisaslar, həmçinin ixtisaslar üzrə qəbul kvotası, qəbul şərtləri, müraciət proseduru barədə məlumat verərək bildirilib ki, ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavriat proqramına İnformasiya texnologiyaları ixtisası üzrə 35, İnşaat mühəndisliyi ixtisası üzrə 25, Elektrik mühəndisliyi ixtisası üzrə 28 və Elektronika mühəndisliyi ixtisası üzrə 35 nəfər olmaqla, ümumilikdə 123 nəfərin qəbulu nəzərdə tutulur. Hazırda BMU-İNHA İDP-yə onlayn qeydiyyat prosesi davam edir. 9 avqust 2023-cü il saat 23:55 qeydiyyat prosesi üçün son tarixdir, sənədlər bu tarixədək onlayn anket formasında təqdim olunmalıdır. BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 12-də keçiriləcək, imtahan nəticələri isə avqustun 17-də bilinəcək. Sonra tədbirdə BMU-İNHA İDP ilə bağlı video-çarx göstərilib, şagirdləri düşündürən suallara cavab verilib və iştirakçılara proqramla əlaqədar məlumat kitabçaları paylanılıb. Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü aia.az Geri dön |