Ana Sayfa > Özəl > İcra başçısı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant İlqar Orucovun ailəsini ziyarət edib
İcra başçısı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant İlqar Orucovun ailəsini ziyarət edib16-07-2023, 13:04. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin sosial məsələlərinin həlli daim diqqət mərkəzindədir. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar da öz həyatlarında hiss edirlər. Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların hər birinin qayğıları hər zaman olduğu kimi, bu gün də Gəncə şəhər İcra Hakimiyyətinin nəzər və diqqətindədir. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq həssas kateqoriyadan olan şəxsləri ziyarət edir, onların qayğıları ilə maraqlanır. aia.az bildirir ki, şəhər rəhbəri YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Nizami bələdiyyəsi və Aparatın məsul əməkdaşları ilə birlikdə Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant İlqar Orucovun valideynlərini ziyarət edib. N.Bayramov bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bizə bu qüruru Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu yaşatdı. Azərbaycan xalqı qəhrəman övladları ilə fəxr edir. Hazırda xidmətdə olan İlqar Orucovun atası Rəhman Orucov övladının Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolundan danışıb. Bildirib ki, İlqar daim Vətəninə bağlı olub, Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşüb. Onun bu şücaəti dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib. İcra başçısı Niyazi Bayramov İlqar Orucovun valideynlərini narahat edən məsələlərin qanunauyğun həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Rəhman Orucov göstərilən diqqət və qayğıya görə ölkə başçısı və şəhər rəhbərliyinə dərin minnətdarlığını bildirib. Azər Tağızadə Geri dön |