Ana Sayfa > Özəl > Heydər Əliyev sözün əsl mənasında Vətənin böyük oğlu, liderlər lideri, bənzərsiz dövlət xadimi idi

Heydər Əliyev sözün əsl mənasında Vətənin böyük oğlu, liderlər lideri, bənzərsiz dövlət xadimi idi


14-07-2023, 15:43. Yazar: sevinc1
Heydər Əliyev sözün əsl mənasında Vətənin böyük oğlu, liderlər lideri, bənzərsiz dövlət xadimi idi

Tanrı verən ömrü hər kəs bir cür, kimi özü üçün, kimi doğmaları və əzizləri üçün, kimi isə milləti, xalqı, vətəni və dövləti üçün yaşayır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmişdir. Millətini canından artıq sevən ulu öndərə olan sonsuz xalq məhəbbətinin sirri də məhz elə budur. Viktor Mari Hüqo demişdir:  “Əsl insanın vəzifəsinin yarısı vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir.”Bütün bu yüksək insani keyfiyyətlər Heydər Əliyevi elə gənc yaşlarından kamil insan, dəyərli vətəndaş, ziyalı, bir sözlə əsl şəxsiyyət kimi formalaşdırır və onun cəmiyyətdəki rolu getdikcə daha da artırdı. 

Ulu öndər müasir Azərbaycanın yaradıcısı və dövlətçiliyimizin qarantı oldu. 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızın iqtisadi, sosial və mənəvi həyatında tarixi bir mərhələ başlandı. Azərbaycanın dünəni, bu günü, sabahı, işıqlı gələcəyi ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. “Mənim həyatım xalqa məxsusdur və bundan sonra qalan hissəsini də xalq üçün əsirgəməyəcəm” — deyən ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətinin bütün dövrlərində gördüyü işlərin əsasında demokratiyaya sadiqlik, müasirlik və yenilik kimi ülvi prinsiplər dayanır. Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə 250-dən çox zavod, fabrik, istehsal sahələri istifadəyə verildi. Bu dövrdə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi istehsal sahələri yaradıldı. Elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiqi nəticəsində 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradıldı.Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.  Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı mütəxəssis hazırlandı. Bundan başqa, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması da kadr potensialının formalaşdırılması – peşəkar hərbçilərin yetişdirilməsi baxımından müstəsna hal kimi qiymətləndirilməlidir.Azərbaycan öz dahi oğlunun bacarığı ilə dünya arenasına çıxdı, bütün aparıcı dövlətlər tərəfindən tanındı, qəbul edildi, haqq səsimiz beynəlxalq təşkilatlarda eşidildi.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqını, millətini və bütövlükdə, vətənimizi bəlalardan qurtardı və Azərbaycanın sürətlə inkişafı üçün hər cür şəraitləri yaratdı, həmçinin,  bütün sahələrdə ölkəmizin inkişaf etməsinə nail oldu. Xalqımız Ulu Öndər Heydər Əliyevin gördüyü bu yüksək səviyyəli işlərə görə ona borcludur.Təbii ki, ölkəmizin bugünkü inkişaf və tərəqqi mərhələsinə çatması heç də asan olmayıb. Azərbaycanın tarixin siyasət səhnəsində yüksəlişi və söz – nüfuz sahibinə çevrilməsi, dünyada ləyaqətli və etibarlı dövlət kimi tanınması bilavasitə lider fenomeni və xalq-lider birliyi ilə əlaqədardır. Azərbaycan dövləti müstəqilliyin ilk illərində məhz xalqın böyük inam və etimad bəslədiyi Lider – müdrik və dünya şöhrətli siyasətçi Heydər Əliyev sayəsində böhrandan xilas olmuş, inkişaf yoluna çıxmışdır. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev respublikamızı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmaqla, müasir müstəqil Azərbaycan dövlətini qurub yaratmaqla tarix yazmışdır.Ümummilli Liderin qoyduğu möhkəm təməl əsasında Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yaratdı. Məhz iqtisadi güc, rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın tacı olan Şuşada qürurla dalğalanmağa başladı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.Ulu Öndərin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyulub. Biz doğma Qarabağımıza qovuşmuşuq. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın böyük oğlu, dünya şöhrətli siyasi xadim, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.

Vəfa Allahverdiyeva
Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar şöbəsinin müdiri, RİH ərazi partiya təşkilatının sədr müavini

Geri dön