Ana Sayfa > Dünya > Dövlət idarəsini partlatmaq istəyən radikal islamçı

Dövlət idarəsini partlatmaq istəyən radikal islamçı


14-07-2023, 17:20. Yazar: sevinc1
Dövlət idarəsini partlatmaq istəyən radikal islamçı

“Polşa xüsusi xidmət orqanları əməkdaşları üzərində yerləşdirdiyi partlayıcı şəhid kəməri ilə dövlət müəssisəsini partlatmaq istəyən radikal islamçını saxlayıb”.

aia.az xəbər verir ki, bunu "Moskovski komsomolets" nəşri RAR agentliyinə istinadən yayıb. Polşa daxili təhlükəsizlik Agentliyinin yaydığı məlumatda bildirilir ki, 18 yaşlı islamçı "İslam Dövləti” terror qruplaşmasının nümayəndələri ilə sıx əlaqədə olub və fəaliyyətini onlarla koordinə edib. Qurumun yaydığı məlumata görə, etnik polyak ötən ilin sonunda radikal islamçıya çevrilib.

Yeniyetmə iyunun 16-da ölkə ərazisində xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Məhkəmə 18 yaşlı barəsində üç aylıq həbs qərarı çıxarıb. Əgər günahı sübuta yetirilsə, o zaman onu 10 il müddətinə həbs gözləyə bilər.

aia.az
Geri dön