Ana Sayfa > Ölkə > Zaqatalada 1,7 ton narkotik tərkibli bitki məhv edildi
Zaqatalada 1,7 ton narkotik tərkibli bitki məhv edildi14-07-2023, 14:30. Yazar: sevinc1 |
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Verilən məlumata görə, keçirilən tədbir zamanı Aşağı Tala kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 730 kiloqram olan 2428 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib. aia.az Geri dön |