Ana Sayfa > Manşet / Siyasət > Ermənistanın Laçın yolu ilə bağlı tələbi rədd edildi

Ermənistanın Laçın yolu ilə bağlı tələbi rədd edildi


14-07-2023, 09:32. Yazar: sevinc1
Ermənistanın Laçın yolu ilə bağlı tələbi rədd edildi

Insan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı müvəqqəti təminat tələbini rədd edib.

Bu barədə aia.az-a Azərbaycan Republikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib.

2023-cü il 12 iyul tarixində Insan Hüquqları üzrə Avropa Məhkəməsi müvəqqəti təmin tədbirlərinin tətbiqi ilə bağlı Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə Ermənistanın 2023-cü il 21 iyun tarixli tələbini tamamilə rədd edib.

Beləliklə, Avropa Məhkəməsi Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğuna dair qərar qəbul edib.
Avropa Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 2022-ci ilin 21 dekabr tarixli Qərarını pozduğunu müəyyən etməyib.

aia.az
Geri dön