Ana Sayfa > Özəl > Armrestlinq üzrə yüksək nəticələr qazanmış astaralı idmançılarla görüş

Armrestlinq üzrə yüksək nəticələr qazanmış astaralı idmançılarla görüş


14-07-2023, 09:10. Yazar: sevinc1
Armrestlinq üzrə yüksək nəticələr qazanmış astaralı idmançılarla görüş

Astarada idmanın elə bir növü yoxdur ki, orada uğurlar olmasın. Dünya, Avropa, respublika çempionatlarında rayon idmançıları hər il də qələbələrinin sayını artırırlar. Bakı şəhərində Fred İdman Klubunda başa çatan Armrestlinq üzrə Respublika turnirlərində də astaralılar yüksən nəticələr qazanıblar. Belə ki, Azərbaycan Armrestlinq Liqasının təşkilatçılığı ilə keçirilən Top 8 Seçim turunda 70 kiloqram çəkidə Cabir Mirzəzadə II yeri, 67 kiloqram çəki dərəcəsində çıxış edən Əli Qəmbərov isə III yeri qazanıblar.
Astara rayon Gənclər və İdman İdarəsində qalib idmançılarla görüş keçirilib. Yüksək nailiyyətlərə görə idarənin rəisi Rufan Şirinov idmançıları təbrik edib, gələcək yarışlarda onlara uğurlar arzulayıb. Onu da bildirib ki, ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, bu siyasət hazırda ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqının fiziki sağlamlığına xüsusi önəm verən ölkə Prezident İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirir, bu məqsədlə mühüm qərarlar qəbul edir.
Görüşdə iştirak edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyeva və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər. Yekunda xatirə şəkili çəkilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Geri dön