Ana Sayfa > Özəl > Azərbaycanda iqtisadi yüksəliş birbaşa aparılan islahatların nəticəsidir

Azərbaycanda iqtisadi yüksəliş birbaşa aparılan islahatların nəticəsidir


13-07-2023, 19:38. Yazar: sevinc1
Azərbaycanda iqtisadi yüksəliş birbaşa aparılan islahatların nəticəsidir

İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycanın tarixi Zəfərindən sonra bütün sahələr daha da yeniləşərək, təkmilləşərək davamlı uğurlara imza atdığı əsaslı şəkildə diqqətə çatdırıldı.  Nəzərə alsaq ki, iki ildən çoxdur əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışıdıdır, cənab İlham Əliyev bu istiqamətdə görülən sistemli işlərdən böyük qürurla bəhs etdi. Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi günümüzün reallıqlarında özünün təsdiqini tapır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu sahədə görüləcək işlər daim diqqət mərkəzində saxlanılır. Ölkə Prezidentinin gündəlik fəaliyyətində bu məsələ birinci yerdə dayanır. Hökumət üzvləri və digər rəsmi şəxslər müntəzəm olaraq azad edilmiş bölgələrə ezam olunurlar. Bütün işlər planlı şəkildə görülür. İşğaldan azad edilmiş ərazilərdə ən yüksək standartlar tətbiq edilir. Cənab İlham Əliyev bu hədəfi də açıqladı ki, bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək. Azərbaycan sıfırdan başlanan hər bir işi öz daxili imkanları hesabına görür. İşğaldan azad edilmiş bütün torpaqlarda infrastruktur layihələri uğurla həyata keçirilir. Bu ərazilərdə erməni vəhşiliklərinə şahidlik edən dağıdılmış tarixi və dini abidələrimizin bərpasında Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Fond ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir. Müşavirədə bu mühüm məqam da xüsusi vurğulandı ki, gələn ilin investisiya proqramı hazırlananda Qarabağın və Şərqi Zəngəzurun investisiya xərclərinə baxılacaq. Maliyyə qıtlığı ucbatından vaxt itirməyə imkan verilməyəcək. Reallıq budur ki, maliyyə imkanlarımız daha da genişlənir.
Hazırkı dövrdə əsas istiqamətlər işğaldan azad edilmiş ərazilərin bərpası, soydaşlarımızın qayıdışının təmin edilməsi və hərbi gücümüzün artırılmasıdır: “Bu prioritetlər dövlət büdcəsinə əlavələrdə də öz əksini tapır. Belə ki, cari ilin dövlət büdcəsi 33 milyard manatdan çox idi. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi təcili həllini gözləyən məsələlərin daha tez zamanda həll edilməsi üçün büdcəyə əlavələr edilməsinə imkan yaratdı.  Bu gün büdcəmiz 36 milyard manatdan çoxdur. Büdcəyə əlavə edilən 3 milyard manatdan çox vəsaitin 1,8 milyard manatı Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə istiqamətləndirildi.
Digər mühüm çağırış hərbi gücümüzün artırılmasıdır: “Müzəffər Ali Baş Komandan müşavirədə bu çağırışı səsləndirdi ki, Azərbaycan xalqı təhlükəsizliyimizin etibarlı əllərdə olmasına əmin ola bilərlər. Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb. Azərbaycan öz Silahlı Qüvvələrini ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıdır. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən elə güc yaradılır ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Ölkəmizin sülh danışıqları ilə bağlı mövqeyi aydındır,  beynəlxalq hüquqa əsaslanır. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, sülh anlaşmasına daha da yaxınlaşaq.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü

Geri dön