Ana Sayfa > Özəl > İlin ilk altı ayı səmərəli keçib
İlin ilk altı ayı səmərəli keçib13-07-2023, 14:12. Yazar: sevinc1 |
![]() Prezident İlham Əliyev cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edib. Bildirib ki, ilin ilk altı ayı səmərəli keçib. Bu yarimillikdə ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi əsas istiqamətimiz idi. Qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır, statistik rəqəmlər bunu deməyə əsas verir. Maliyyə vəziyyəti ciddi dərəcədə yaxşılaşıb. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi bunun əsas səbəblərindəndir. Prezident çıxışında onu da vurğulayıb ki, cari ilin dövlət büdcəsi 33 milyard manatdan yüksək səviyyəyə qalxmışdır. İlin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr etməyə imkan verdi. Bu gün dövlət büdcəsi 36 milyard manatdan çoxdur. Bu, ölkə qarşısında duran əsas investisiya layihələrini icra etməyə, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verməyə, hərbi gücümüzü artırmağa imkan verdi. İ.Əliyev makroiqtisadi sabitliyin uzun illər ərzində təmin edilməsindən də bəhs edib. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. “Böyük Qayıdış” layihəsindən bəhs edən Prezident vurğulayıb ki, bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar.Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir; Çıxışda bildirilib ki, özümüzü, öz müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra dayanmadan bu istiqamətdə çox ciddi addımlar atılmışdır. Hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacağını ifadə edən Prezident Azərbaycan Silahlı Qüvvələrinin daha böyük hərbi potensiala malik olduğunu bildirib. Bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Heç kim bizim iradəmizə təsir edə bilməz. Bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi, maraqlarımızı qoruya bilmişik.Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Cənab Prezident çıxışında sülh danışıqları ilə bağlı Azərbaycanın mövqeyi məsələsinə də toxunub. Bir daha qeyd edib ki, bizim mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Şəfəq Məmmədova, Nəsimi rayon 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Geri dön |