Ana Sayfa > Siyasət > Prezident BQXK-nın qaçaqmalçılığı haqqında Blinkenə məlumat verdi
Prezident BQXK-nın qaçaqmalçılığı haqqında Blinkenə məlumat verdi13-07-2023, 12:27. Yazar: sevinc1 |
![]() Prezident İlham Əliyev telefon danışığı zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini ABŞ Dövlət katibi Antoni Blinkenin diqqətinə çatdırıb. aia.az xəbər verir ki, Prezident İlham Əliyev Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb. aia.az Geri dön |