Ana Sayfa > Özəl > Ölkə iqtisadiyyatının bütün sektorlarlarında dinamik artım müşahidə olunur
Ölkə iqtisadiyyatının bütün sektorlarlarında dinamik artım müşahidə olunur13-07-2023, 10:24. Yazar: sevinc1 |
Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin hərtərəfli inkişafı təmin olunmuşdur. Paytaxtla yanaşı regionların inkişafını daim diqqətdə saxlayan dövlət başçısı cənab İlham Əliyev tez-tez bölgələrə səfərlər edir, regionlarda infrastruktur layihələrin inşası istiqamətində mühüm işlər görülür. Regionların sosial-iqtisadi inkişafi Dövlət proqramlarının icrası ilə bağlı verilən tapşırıqların icrası yerində yoxlanılır. Son illər ərzində Azərbaycan Prezidentinin bölgələrə yüzlərlə səfəri olmuşdur. Səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcmini göstərir. Eyni zamanda, bu onu göstərir ki, ölkə hərtərəfli inkişaf edir. Hakimiyyətin düşünülmüş siyasəti nəticəsində Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən sabit və təhlükəsiz bir məkana çevrilmişdir. Azərbaycanda formalaşan və artıq beynəlxalq güclər tərəfindən də qəbul edilən davamlı, dayanıqlı iqtisadi inkişaf modelinin əsas gücü ondadır ki, xalq onu bəyənir və dəstəkləyir. Bu modelin reallaşdırılması nəticəsində ölkəmiz güclü dövlətə çevrilmişdir. Məhz bunun nəticəsində Azərbaycan beynəlxalq kürsülərdə öz sözünü deyir, müstəqil siyasət aparır və maraqlarını qoruya bilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi və siyasi islahatlar nəticəsində ölkəmiz dünyada gedən riskli proseslərdən özünü qoruya bilmiş, dünya böhranından sonra dinamik inkişafını davam etdirmişdir. Onun rəhbərliyi dövründə ölkənin enerji təhlükəsizliyi tam təmin edilmiş və etibarlı energetika sistemi yaradılmışdır. Cənab Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlmiş, möhtəbər beynəlxalq təşkilatların və şirkətlərin Azərbaycana olan marağı artmışdır. Məhz bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərdə aparılan geniş tikinti-quruculuq işlərinə xarici şirkətlər də qoşulmuşlar. Xüsusilə qardaş Türkiyə dövlətinin şirkətləri azad edilmiş ərazilərimizin bərpasında fəallıq nümayiş etdirirlər. Bu isə ölkələrimiz arasında tarixi köklərə əsaslanan dostluq, qardaşlıq münasibətlərinin daha bir nümunəsidir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Azərbaycan iqtisadiyyatda dayanıqlı inkişaf modelini tərənnüm edən ölkələr sırasındadır. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Milli maraqlar, yeni reallıq və müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələri diktə edir. Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Ötən illər ərzində həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir, daxili siyasi sabitliyini daha da möhkəmləndirir. Azərbaycanın inkişaf yolunda inamla irəliləməsinin digər bir səbəbi də xalqın dövlətimizin başçısına olan etimadıdır. Daim cənab Prezidentimizə sadiqlik nümayiş etdirən Azərbaycan xalqı Vətən müharibəsi zamanı daha böyük birlik nümayiş edirərək qələbəmizin qazanılmasına töhfələrini verdilər. Qalib dövlətin qalib xalqı təbii ki, iqtisadi inkişaf yolunda bundan sonra da uğurlara nail olacaq, cənab Prezidentimizin rəhbərliyi ilə möhtəşəm proqramların həyata keçirilməsinin şahidi olacağıq. Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı aparatının məsləhətçisi Kənan İslamov Geri dön |