Ana Sayfa > Dünya > ABŞ Senatı Türkiyəyə “F-16”ların satışına dair mövqeyini dəyişdi
ABŞ Senatı Türkiyəyə “F-16”ların satışına dair mövqeyini dəyişdi11-07-2023, 12:01. Yazar: sevinc1 |
“F-16” qırıcılarının Türkiyəyə satışının qəti əleyhinə olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez yeni açıqlama ilə çıxış edib. O bildirib ki, hazırda ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Prezident Administrasiyası ilə danışıqlar aparır və gələn həftə ərzində “F-16” qırıcılarının Türkiyəyə satılması ilə bağlı qərar verilə bilər. Lakin Robert Menendez bu məsələnin Ankaranın İsveçin NATO-ya üzvlüyünə razılıq verməyi ilə bağlı olub-olmadığı məsələsinə aydınlıq gətirməyib. Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə razılıq verib. aia.az Geri dön |