Ana Sayfa > Özəl / İdman > Avropa çempionatın 3 qızıl medalçısı

Avropa çempionatın 3 qızıl medalçısı


10-07-2023, 10:56. Yazar: sevinc1
Avropa çempionatın 3 qızıl medalçısı

1-10 iyul tarixlərində Moldovanın paytaxtı Kişineuda 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi keçirilir. Yarışa 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) qatılıb. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Belə ki, körpücük üzərinə Hüseyn Heydərov çıxıb. O, yaşı 15-ə qədər olan oğlanlar arasında 81 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 118 kiloqrama güc verib və bu hərəkətdə Avropa birincilyinin qızıl medalına layiq görülüb. Onun təkanla qaldırma hərəkəti də uğurlu alınıb. Hüseyn 139 kiloqramı rahat qaldırıb və yenə Avropanın ən yaxşısı olub.
Toplam 257 kiloqram (118+139) nəticə göstərən Heydərov yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Onu da bildirək ki, idmançının məşqçi-müəllimləri rayonun baş məşqçisi Məmməd Məmmədov, Toğrul Məmmədlidir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az


Geri dön