Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Toyda zəhərlənən 33 nəfər evə buraxılıb
Toyda zəhərlənən 33 nəfər evə buraxılıb10-07-2023, 10:51. Yazar: sevinc1 |
Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 09.07.2023-cü il saat 15:33 radələrindən başlayaraq ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib. Bu barədə aia.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib. 09.07.2023-cü il tarixində aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır. Qeyd edək ki, həmin şəxslərin toy mərasimində zəhərləndiyi bildirilir. aia.az Geri dön |