Ana Sayfa > Özəl > Doğum zamanı 19 yaşlı gənc ana həyatını itirib - Valideynləri həkimləri günahlandırır

Doğum zamanı 19 yaşlı gənc ana həyatını itirib - Valideynləri həkimləri günahlandırır


7-07-2023, 10:36. Yazar: sevinc1
Doğum zamanı 19 yaşlı gənc ana həyatını itirib - Valideynləri həkimləri günahlandırır

İyulun 4-də Bəylər kənd sakini 19 yaşlı Təranə Qəhrəmanova dünyasını dəyişib.
AİA.Az xəbər verir ki, o, may ayının 4-də Gürcüstanın Marneuli şəhərində yerləşən Geo-Hospitals klinikasına müraciət edib.

Yaxınlarının verdiyi məlumata görə, qadın xəstəxanaya yerləşdikdən sonra halı pisləşib, həkimlər ailəyə heç bir məlumat vermədən əməliyyat ediblər. Mərhumun qayınatası Kamandar Qəhrəmanov InterPress.ge-yə bildirib ki, gəlininin heç bir sağlamlıq problemi olmayıb və həkim diqqətsizliyindən dünyasını dəyişib.
Mərhumun anası Rəna Sadıqova həkimlərin cəzalandırılmasını tələb edir. 

Sübhan Məmmədov
AİA.Az
Geri dön