Ana Sayfa > Özəl / Təhsil > Lənkəran Dövlət Universitetində “Məzun günü”
Lənkəran Dövlət Universitetində “Məzun günü”6-07-2023, 15:25. Yazar: sevinc1 |
Lənkəran Dövlət Universitetində (LDU) “Məzun günü” keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun da iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, daha sonra Dövlət Himni oxunub. LDU rektoru, professor Natiq İbrahimov çıxışında bütün məzunları təbrik edib, onlara həyat yollarında uğurlar arzulayıb. Rəhbərlik etdiyi ali təhsil ocağının uğurlarına geniş şəkildə toxunaraq deyib:- Son dövrlər LDU-da maddi texniki baza tam müasirləşib. Yeni təhsil korpusunun və yataqxananın tikilməsi, istər kadr hazırlığının yüksəlməsi , tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, təhsil şəraitinin inkişafı, istərsə də pedaqoji kollektivin sosial-iqtisadi vəziyyətlərinin daha da yaxşılaşması istiqamətində əsaslı addımlar atılıb. Ali təhsil ocağımızın fəaliyyəti dövründə ilk dəfə olaraq 5 əməkdaşı ölkə başçısı İlham Əliyev tərəfindən yüksək dövlət təltiflərinə layiq görülüb. Bu təhsil ilində universiteti 1025 məzun bitirir. Müstəqil həyata mütəxəssis kimi vəsiqə alan həmin məzunlar Lənkəran Dövlət Universitetinin adını hər yerdə uca tutacaq, onlara bəslənilən etimadi layiqincə doğuracaq və Vətəni üçün layiqli işlər görəcəklər. Onu da bildirim ki, bundan sonra da təhsilin keyfiyyətinin yüksəldilməsi, məzunların praktiki hazırlıq səviyyəsinin artırılması, hazırlanan kadrların müasir tələblərə cavab verməsi istiqamətində başlanan kompleks tədbirlər ardıcıl olacaq. Söz Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov veriləndə o, məzunları təbrik edib, bildirib ki, LDU cənub bölgəsinin elmi-mədəni və sosial inkişafında əvəzsiz rol oynayar. Burada yüksək səviyyəli təhsil tədris olunur və bu istiqamətdə kifayət qədər nailiyyətləri var. Universitet Avropa İttifaqına (Aİ) üzv olan bir sıra dövlətlərlə beynəlxalq səviyyədə əməkdaşlığı, qarşılıqlı müəllim və tələbə mübadiləsini uğurla həyata keçirir. Beynəlxalq əlaqələrin inkişafı Lənkəranın tanıdılması, rayonun sosial-iqtisadi cəhətdən daha da güclənməsi baxımından əhəmiyyət kəsb edir. Natiq daha sonra deyib:- Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsilə olan qayğı və diqqət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılır. Ümummilli Liderin müstəqillik dövründə ali təhsil ocaqlarının inkişafı üçün zəruri olan islahatları aparmasının nəticəsini biz Lənkəran Dövlət Universitetinin simasında görə bilirik. Bu, ali təhsil ocağı gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə hörmət ruhunda, peşəkar mütəxəssis, vətənpərvər vətəndaş kimi tərbiyə olunması istiqamətində ardıcıl, məqsədyönlü işlər həyata keçirir. Bütün bunlar da dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilimizə, yeni nəslin insan kapitalı kimi özünü inkişafına, həmçinin universitetin daha keyfiyyətli təhsil verməyinə göstərdikləri diqqət və qayğının nəticəsidir. Millət vəkili Rüfət Quliyev və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov da çıxışlarında məzunlara uğurlar diləyib, onlara yeni, müstəqil həyatda qətiyyətli olmağı, eləcə xalqına, Vətəninə layiqli xidmət göstərməyi tövsiyə ediblər. Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında, habelə təhsildə fərqlənən bir neçə məzuna Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanlar təqdim olunub. Tədbir konsert proqramı ilə başa çatıb. Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü aia.az Geri dön |