Ana Sayfa > İqtisadiyyat > VİDEO: Aylıq kredit borcunu gecikdirənlər diqqət ekrana!
VİDEO: Aylıq kredit borcunu gecikdirənlər diqqət ekrana!8-08-2016, 11:26. Yazar: admin |
Bəzi banklar, gecikməyə görə hesablanan cəriməni müştəridən ödəniş zamanı yox, sonda tələb edirlər. Bu isə əsas məbləğə daxil edildiyindən faiz dərəcəsinin artması ilə nəticələnə bilər. Təfərrüatları izləyək. Bank, götürdüyü kreditin aylıq ödənişini gecikdiyi üçün ona cərimə tətbiq edib. Bir neçə dəfə gecikmə olduğundan hesablanan 25, 57 dollar kimi cərimələr ümumi borcun üzərinə yazılıb. Bank işçisi cərimə məbləğlərinin əsas borca əlavə edildiyini və onu sonda ödəyəcəyi məlumatını verib. Onun sözlərinə görə bank, ona bununla bağlı heç bir xəbərdarlıq etməyib. Özü maraqlanmasaydı hələ də vəziyyətdən xəbərdar olmayacaqdı. Mütəxəssislərə isə deyir ki, bəzi banklar öz səlahiyyətlərindən sui-istifadə edirlər. Vətəndaşlara dünyada höküm sürən iqtisadi böhran fonunda güzəşt adı ilə saxtakarlıq edirlər. Bank haqqında qanuna əsasən şəxsdən cərimə ödəniş zamanı tələb olunmalıdır. Hətta bu hal müqavilədə öz əksini tapdığı halda bələ etibarsız hesab olunur. Geri dön |