Ana Sayfa > Karusel / Dünya > Lvova raket hücumu:
Lvova raket hücumu:6-07-2023, 09:35. Yazar: sevinc1 |
Gecə saatlarında Lvov Rusiya silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalıb. aia.az bu barədə UNİAN-a istinadla xəbər verir. Məlumata görə, hadisə nəticəsində yaşayış binasına ziyan dəyib. Ölkənin daxili işlər naziri İqor Klimenko bildirib ki, axtarış-xilasetmə əməliyyatı davam edir. "Saat 7:00-a olan məlumata görə, 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Fövqəladə Hallar Dövlət Xidməti 7 nəfəri xilas edib, 64 nəfəri təxliyə edib", - Klımenko bildirib. Nazir əlavə edib ki, xilasedicilər dağıntıları sökməyə davam edir. Səyyar polis bölmələri yerləşdirilib, onlar zərərçəkmişlərin müraciətlərini qəbul edir və lazımi köməklik göstərirlər. "Hamı işləyir. İnsanların hələ də dağıntılar altında qaldığı barədə məlumatlar var", - deyə İqor Klimenko bildirib. aia.az Geri dön |