Ana Sayfa > Manşet / Şou-biznes > Azərbaycanlı reper yenidən İstanbulda saxlanıldı

Azərbaycanlı reper yenidən İstanbulda saxlanıldı


5-07-2023, 17:28. Yazar: sevinc1
Azərbaycanlı reper yenidən İstanbulda saxlanıldı

Türkiyədə məşhurlaşan azərbaycanlı repçi Asya Əlizadə yenidən İstanbul polisi tərəfindən saxlanılıb.

aia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

May ayında İstanbul Anadolu Baş Prokurorluğu Asya Əlizadəyə qarşı kliplərində narkotikdən istifadəni təşviq etmək ittihamı ilə istintaqa başlayıb. İstintaq çərçivəsində İstanbul Polis İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin qrupları Asya Əlizadənin kliplərinə baxış keçirib. İstintaq müəyyən edib ki, Əlizadə kliplərinin birində ingilis dilində “like marixuana” ifadəsini işlədib. Araşdırmalardan sonra qruplar barəsində həbs qətimkan tədbiri seçilən Əlizadəni Ataşehirdəki evində saxlayıb. Polis bölməsindəki prosedurlardan sonra məhkəmə binasına köçürülən Əlizadə ifadəsindən sonra sərbəst buraxılıb.

Bu gün isə reper imza tələbini yerinə yetirmədiyi üçün yenidən saxlanılıb.



aia.az
Geri dön