Ana Sayfa > Təhsil > İşə qəbul olmaq istəyən müəllimlərin NƏZƏRİNƏ

İşə qəbul olmaq istəyən müəllimlərin NƏZƏRİNƏ


8-08-2016, 11:21. Yazar: admin


Sabah respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi-vakansiya seçimləri başa çatır.

Avqustun 4-dən başlayan ixtisas seçimi avqustun 7-si, saat 00:00-dək davam edəcək.

Bu mərhələdə namizədlər şəxsi səhifələrinə daxil olaraq, topladıqları bala uyğun vakant yerləri seçirlər.

Hazırda respublikanın ümumi təhsil müəssisələrində mövcud olan 3 381 vakansiya müsabiqəyə çıxarılıb. Namizədlərin nəzərinə çatdırılır ki, vakant yerləri seçdikdən sonra elektron ərizəni təsdiq etmək zəruridir. Növbəti mərhələyə keçmək hüququ əldə etmiş namizədlər müsahibəyə dəvət olunacaq.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, ingilis dili müəllimliyi ixtisasları üzrə namizədlərin sayı üstünlük təşkil edir.
Geri dön