Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > "Əgər dərman aylarla gömrükdə qalırsa, bu həqiqətən ciddi problemdir" -
"Əgər dərman aylarla gömrükdə qalırsa, bu həqiqətən ciddi problemdir" -4-07-2023, 13:25. Yazar: sevinc1 |
"Deputat Etibar Əliyev gömrüklə əlaqədar məsələ qaldırılmışdı ki, dərman gəlir və aylarla gömrükdə qalır. Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dərman vasitələrinin ekspertiza aparılması qaydaları var. O qaydalara görə, 20 günədək idxal olunan dərmanlar müayinə olunmalı və ölkəyə idxalına icazə verilməlidir". aia.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib. "Biz bu barədə Dövlət Gömrük Komitəsi ilə müzakirələr aparacayıq. Aylarla dərmanların qalması ilə bağlı bizdə məlumat yoxdur. Əgər dərman aylarla gömrükdə qalırsa, bu həqiqətən ciddi problemdir", - deyə nazir müavini bildirib. aia.az Geri dön |