Ana Sayfa > Dünya > 109 metrlik gəmi Çanaqqala boğazında sıradan çıxdı

109 metrlik gəmi Çanaqqala boğazında sıradan çıxdı


4-07-2023, 09:51. Yazar: sevinc1
109 metrlik gəmi Çanaqqala boğazında sıradan çıxdı

Rusiyadan Yunanıstana gedən 109 metrlik "Şimal dənizi-1" tankeri Çanaqqala boğazının Uzunburun məntəqəsində sıradan çıxıb.

aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəminin kapitanı Gəmi Nəqliyyat Xidmətləri Müdirliyinə vəziyyəti radio ilə bildirib. Bundan sonra Sahil Təhlükəsizliyi Baş Müdirliyinin "Xilasetmə-13" yedək gəmisi bölgəyə göndərilib.

Boğazdan keçəcək digər gəmilərin kapitanlarına nasazlıq barədə məlumat verilib

aia.az
Geri dön