Ana Sayfa > Özəl / Dünya > “Europol” (Avropa polisi) rəhbəri narkotik mafiyasının hakimiyyətə geniş miqyasda nüfuz etdiyini açıqlayıb

“Europol” (Avropa polisi) rəhbəri narkotik mafiyasının hakimiyyətə geniş miqyasda nüfuz etdiyini açıqlayıb


3-07-2023, 17:29. Yazar: sevinc1
“Europol” (Avropa polisi) rəhbəri narkotik mafiyasının hakimiyyətə geniş miqyasda nüfuz etdiyini açıqlayıb

“Narkotiklərlə bağlı cinayətlər Avropa İttifaqında demokratiya üçün təhlükə yaradır”, - bunu Europol rəhbəri Katerin de Boll deyib. Politico-ya verdiyi müsahibədə o, narkotik mafiyasının logistika şirkətlərinə, yerli hökumət orqanlarına və hətta məhkəmələrə sızma hallarının artması barədə xəbərdarlıq edib.

De Bollun sözlərinə görə, Avropa beynəlxalq narkotik tacirlərinin əsas hədəfi kimi ABŞ-ı əvəzləyib. “Europol”un icraçı direktoru gözləyir ki, yaxın iki ildə Avropa ölkələri istehsalın artması səbəbilə narkotiklərlə dolu olacaq.

AİA.Az
Geri dön