Ana Sayfa > Özəl / Dünya > Kanadada 7000-dən çox liman işçisi tətil edib

Kanadada 7000-dən çox liman işçisi tətil edib


3-07-2023, 17:20. Yazar: sevinc1
Kanadada 7000-dən çox liman işçisi tətil edib

Kanadada federal vasitəçilərin iştirakı keçirilən və 7000 nəfərdən artıq əməkdaşın işdə qalmaları ilə bağlı müzakirələr aparılan danışıqlar heç bir nəticə verməyib. Bundan sonra ölkənin Britaniya Kolumbiyası əyalətində liman işçilərinin kütləvi tətili başlayıb. Tətil əyalətin 30-dan çox limanında 7400 terminal işçisinə və 49 sahil işəgötürəninə təsir edir. CTV News-un məlumatına görə, iyunun əvvəlində həmkarlar ittifaqı üzvlərinin 99,24 faizi tətilin lehinə səs verib.

Britaniya Kolumbiyası Dəniz İşəgötürənləri Assosiasiyası yaydığı bəyanatda Kanada Beynəlxalq Liman və Anbar İşçiləri Həmkarlar İttifaqı ilə danışıqların bütün gecə davam etdiyini, lakin nəticədə razılıq əldə olunmadığına görə işçilərin səhər saatlarında iş yerlərini tərk etdiklərini bildirib. Çərşənbə günü həmkarlar ittifaqı 72 saatlıq tətil elan edib. Məlumatlarda danışıqların davam etdiyi bildirilir.

AİA.Az
Geri dön