Ana Sayfa > Karusel / Ölkə > İstirahət mərkəzində qadının ölməsi ilə bağlı araşdırma aparılır
İstirahət mərkəzində qadının ölməsi ilə bağlı araşdırma aparılır3-07-2023, 15:47. Yazar: sevinc1 |
![]() Xaçmazda istirahət mərkəzində qadının ölməsi ilə bağlı araşdırma aparılır. aia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Məlumatda deyilir: "İyulun 2-si saat 17 radələrində 1963-cü il təvəllüdlü Xanım Tağıyevanın Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birində ölməsi faktı ilə bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyi əsasında müəyyən ediləcək. Hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq". aia.az Geri dön |