Ana Sayfa > Ölkə > Göygöldə 35 minlik qoyun oğurlandı
Göygöldə 35 minlik qoyun oğurlandı3-07-2023, 11:00. Yazar: sevinc1 |
Göygöldə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan aia.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində rayon sakininə məxsus ümumi dəyəri 34800 manat olan 109 baş xırda buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakinləri Nazim Cəfərov, Sabit Cəbrayılov və Goranboy rayon sakini İlqar Həsənov qabaqcadan əlbir olaraq qrup şəklində mal-qaranı oğurlayıblar. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir. aia.az Geri dön |