Ana Sayfa > Özəl > Suqızdırıcı kollektor
Suqızdırıcı kollektor3-07-2023, 10:55. Yazar: sevinc1 |
Lənkəran Peşə Liseyinin çilingər-santexnik qrupunun tələbələri öz ustaları İdris Əmirovun rəhbərliyi altında günəş enerjisi hesabına işləyən suqızdırıcı kollektor düzəldiblər. Həm də kollektorun təkmilləşmiş forması sınaqdan keçirilib. Bu kollektor vasitəsilə heç bir kənar enerji sərf olunmadan, təkcə günəş enerjisi hesabına soyuq su 60-70 dərəcəyə qədər qızır. Həmçinin günəşdən əldə edilən enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, bu qurğu ilə elektrik və qaz olmayan ərazilərdə quraşdırılaraq təsərrüfatları isti su ilə təmin etmək olar. Onu da bildirək ki, hazırlanan panel mini formadadır. Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Geri dön |