Ana Sayfa > Seçilənlər-2 > Hərbi hissələrdə namaz otaqları ləğv olunur

Hərbi hissələrdə namaz otaqları ləğv olunur


8-08-2016, 10:22. Yazar: admin
Hərbi hissələrdə namaz otaqları ləğv olunur

Səbəb rəsmi Ankaranın narahatlığına son qoymaqdır

Özəl mənbədən daxil olan məlumata görə, son günlər Müdafiə Nazirliyinin tabeçiliyindəki hərbi hissələrdə namaz otaqlarının ləğvinə start verilib. Mənbənin sözlərinə görə, buna səbəb Türkiyədə baş verən 15 iyul qiyam cəhdi və bunun ardınca fətullahçılara qarşı sadəcə Türkiyədə deyil, dünyanın bir sıra ölkələrində həyata keçirilən təqiblərdir.

Mənbənin sözlərinə görə, Türkiyə mətbuatına Azərbaycan ordusu və DİN-də Gülənçilərin olması ilə bağlı informasiyalar yer alandan sonra, rəsmi Bakı Ankara ilə münasibətlərin gərginləşməsinə yol verməmək üçün hərbi hissələrdəki namaz otaqlarının ləğvinə qərar verib. Siyasi rəhbərlik hesab edir ki, indiki dönəmdə namaz otaqlarının qapadılmaması orduda Gülənçilərin mövcudluğu ilə bağlı ehtimalları qüvvətləndirir. Bu səbəbdən də hərbi hissələrdəki namaz otaqlarının ən azından bir neçə ay müddətinə qapadılmasına qərar verilib.

QEYD: İddianı təsdiqləmək məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə yolladığımız sorğuya cavab verilməyib.
Geri dön