Ana Sayfa > Özəl > Həssas qrupdan olan gənclər üçün Şamaxıda layihə keçirilib
Həssas qrupdan olan gənclər üçün Şamaxıda layihə keçirilib3-07-2023, 10:36. Yazar: sevinc1 |
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və NAYORA-nın "ŞƏBƏKƏ" proqramı çərçivəsində İnternat Məzunlarının Sosial İnteqrasiyası (İMSİ) Gənclər İctimai Birliyinin Şamaxı rayonunda həyata keçirdiyi "Həssas qruplardan olan gənclərin düzgün peşə və ixtisas seçiminə dəstək” layihəsi uğurla başa çatıb. AİA.Az xəbər verir ki, layihə çərçivəsində Şamaxı rayonunda və ətraf kəndlərdə yaşayan həssas qruplardan olan 30-a yaxın gəncə 4 gün ərzində təlimlər keçirilmişdir. İlk 3 gündə gənclərə özünü tanıma, xarakter tipləri, məqsədin müəyyənləşdirilməsi, peşə seçimi, buna təsir edən amillər, peşə təhsili, onun səviyyələri, ixtisaslar, lazım olan sənədlər və digər mövzularında təlimlər keçirilmişdir. Eyni zamanda uşaqların hər birinin potensialının müəyyənləşdirilməsi üçün “Swot” analizi, şagirdlərin pedaqoji peşələr üzrə meyil və marağını aşkarlamaq üçün test, fərdin peşə yönümünün növünün təyin edilməsi üçün “Holland” testi tətbiq olunmuşdur. Peşə seçimində daxili və xarici motivlərin müəyyənləşdirilməsi testi aparılmış, hər birinin “MBTİ2 xarakter tipi müəyyən edilmişdir. Təlimin sonunda hər bir iştirakçı 3 gün ərzində özü haqqında öyrəndiyi məlumatları, etdiyi testlərin nəticələrini poster şəklində təqdim etmişdir. Geri dön |