Ana Sayfa > Özəl > Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılmışdır
Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılmışdır28-06-2023, 23:54. Yazar: sevinc1 |
Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Ölkəmizin hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən yüksəkdir. Dövlət başçısının qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkəmizin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca hərbi sahədə həyata keçirilən tədbirlərin miqyası daha da genişlənəcəkdir. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad təşkil edildi. Paradda iştirak edən Prezident, Ali Baş Komandan İlham Əliyevin qəti əminliklə dediyi sözlər – xalqımızın həsrətlə gözlədiyi qələbə arzuları çox keçmədən reallaşdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Təsadüfi deyil ki, XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş əməliyyatları, xüsusən də, Şuşa əməliyyatı bu gün dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir. 1999-cu ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələr yaradılıb. Vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun bu bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıq şəraitində formalaşdırılıb. Bu gün Azərbaycanın bütün sahələrində yüksək inkişaf və tərəqqi özünü göstərir. Bu sözləri Azərbaycan Ordusuna da şamil etmək olar. Belə ki, ordumuzda həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı ölkəmizin müdafiə qüdrətini daha da artırıb. Bu baxımdan ordumuzun əsas aparıcı qüvvələrindən sayılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin fəaliyyəti daha çox diqqətçəkəndir. Şübhəsiz, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə müxtəlif ölkələrdə, o cümlədən ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar. Yüksək döyüş təcrübəsinə malik olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin 2016-cı ilin aprelində erməni faşistləri ilə döyüşlərdə düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edib. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri misli görünməmiş şücaət göstəriblər. Belə ki, Şuşanın erməni dığalarından təmizlənməsi onların adı ilə bağlıdır. Hətta xüsusi təyinatlıların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etmələri artıq dünya hərb tarixinə düşüb. Bir sözlə, hazırda onların döyüş təcrübəsi öyrənilməkdədir. Bu mənada Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ordumuzun şah damarı adlandırmaq olar. Bu gün Azərbaycan Ordusu öz döyüş qabiliyyətinə görə regionda lider olan hərbi gücdür. Beynəlxalq reytinq təşkilatlarının hesabatları da göstərir ki, Azərbaycan öz hərbi gücünə görə dünyanın bir çox dövlətini qabaqlayır. Təbii ki, bütün bunların səbəbi ordumuzun döyüş qabiliyyətinin artırılması üçün dövrün nəbzini tutmaqla həyata keçirilən tədbirlərdir. Bu gün biz bu tarixi həqiqəti bir daha etiraf etməliyik ki, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan Silahlı Qüvvələri quruculuğunun və eyni zamanda, hərbi təhsil müəssisələrinin yenidən yaradılmasının başlanğıcı olmuşdur. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Mayil Əliyev YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı Geri dön |