Ana Sayfa > Manşet / Siyasət > İlham Əliyev Ərdoğanla danışdı

İlham Əliyev Ərdoğanla danışdı


28-06-2023, 16:21. Yazar: sevinc1
İlham Əliyev Ərdoğanla danışdı

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

aia.az xəbər verir ki, dövlət başçıları bir-birini və xalqlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar.

Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, müttəfiqlik əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

aia.az
Geri dön