Ana Sayfa > Gündəm / Özəl > Ordumuzun modernləşdirilməsi prosesi birbaşa Ali Baş Komandan cənab İlham Əliyevin nəzarəti altında həyata keçirilir
Ordumuzun modernləşdirilməsi prosesi birbaşa Ali Baş Komandan cənab İlham Əliyevin nəzarəti altında həyata keçirilir26-06-2023, 11:59. Yazar: sevinc1 |
Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbədə xüsusi təyinatlı hərbi hissələrin böyük rolu oldu. Məhz buna görə də müharibədən sonra Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır. Azərbaycanda ilk komando hərbi hissəsi 2021-ci ilin 24 dekabr tarixində azad edilmiş Hadrutda yaradıldı. Bundan cəmi 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi keçirildi. Bu gün Azərbaycanda ordu quruculuğu prosesi sürətlə gedir və Komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Cari ilin iyun ayının 23-də, Silahlı Qüvvələr Günü ərəfəsində növbəti komando hərbi hissəsinin açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yeni yaradılmış hərbi hissəyə Döyüş bayrağını təqdim etdi. Mərasimdə çıxış edən möhtəm dövlət başçımız bildirdi ki, Azərbaycan öz döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırır və bundan sonra da artıracaq. Çünki bu gün həm dünyada geosiyasi vəziyyət getdikcə gərginləşir, həm də bölgəmizdə yeni təhdidlər yaranmaqdadır. Əlbəttə ki, bu, ilk növbədə Ermənistanda revanşist qüvvələrin baş qaldırması ilə bağlıdır. Bütün bunları nəzərə alaraq, ordunun daha da gücləndirilməsi dövlətimizin bir nömrəli vəzifəsi kimi xüsusi diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan cənab İlham Əliyevin birbaşa nəzarəti altında Silahlı Qüvvələrimizin modernləşdirilməsi və ən müasir silahlarla təchizatı məqsədilə kompleks tədbirlər həyata keçirilir. Bu məqsədlə artıq imzalanmış kontraktlarda yeni pilotsuz uçuş aparatlarının, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malik uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi nəzərdə tutulub. Əlbəttə ki, yeni döyüş birləşmələrinin yaradılması, o cümlədən Komando Qüvvələrinin yaradılması ordumuzun ümumi döyüş qabiliyyətinin artırılması üçün önəmli amillərdən biri kimi çıxış edir. Öz çıxışında Cənab Prezident İlham Əliyev bir daha vurğuladı ki, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha güclüdür. Müharibə dövründə Müdafiə Nazirliyinin xüsusi təyinatlıları xüsusi qəhrəmanlıq və peşəkarlıq göstərmişlər. Bu gün həmçinin Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Həmçinin Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb və bütün bu böyük qüvvə ölkə ərazisini qorumağa və hər hansı bir təhdid yaranarsa, düşmənə sarsıdıcı zərbə endirməyə qadirdir və hər an hazırdır. Əlbəttə ki, döyüş meydanında əldə olunmuş istənilən qələbənin dsaha sonra siyasi müstəvidə təsdiq olunması və möhkəmlənməsi vacib şərtdir. Məhz bu baxımdan biz birmənalı olaraq deməliyik ki, Ölkə Prezidenti cənab İlham Əliyevin məharətli diplomatik gedişləri və uğurlu xarici siyasəti nəticəsində İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən dövlət yenə də Azərbaycan oldu və artıq üç ilə yaxındır ki, regionda gedən bütün proseslər ölkəmizin təklifləri əsasında və maraqlarına uyğun istiqamətdə cərəyan edir. Halbuki, müharibədən sonrakı ilk aylarda Ermənistanın havadarları ölkəmizə yenə də köhnə tezisləri qəbul etdirməyə çalışır, Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edirdilər. Lakin dövlət başçımızın siyasi iradəsi və qətiyyəti nəticəsində bütün bu cəhdlər nəticəsiz qaldı, status arzuları tarixin zibilliyinə atıldı. Bu gün vaxtilə erməni işğalını əbədiləşdirmək üçün səylər göstərmiş Minsk qrupu da artıq gündəlikdə yoxdur. Bütün bunlar birbaşa cənab Prezident İlham Əliyevin son iki il yarım ərzində apardığı siyasətin mühüm nəticələridir. Xüsusilə qeyd olunmalıdır ki, iki ay öncə Ermənistan-Azərbaycan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması da möhtərəm dövlət başçımızın çox güclü siyasi iradəsinin göstəricisidir. Cənab Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra keçən müddət ərzində atdığı qətiyyətli və məqsədyönlü addımlar Azərbaycanın tarixi Qələbəsini siyasi-diplomatik müstəvidə daha da möhkəmləndirib. Bu gün Azərbaycan regionda əsas söz sahibidir və dövlətimizin iradəsinə heç bir qüvvə təsir edə bilməz. Lakin bütün bunlara rəğmən Azərbaycan yenə də sülh çağırışlarına davam edir. Əlbəttə ki, bu gün rəsmi İrəvanla aparılan sülh danışıqlarının yekunlaşması və sülh sazişinin imzalanması bizdən daha çox Ermənistana lazımdır. Ölkə Prezidenti cənab İlham Əliyev bu istiqamətdə müsbətə doğru atılan addımlardan biri kimi, Ermənistanın artıq keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıması faktını qeyd etdi. Eyni zamanda da möhtərəm dövlət başçımız bildirdi ki, həmin bu ifadələr kağız üzərində də əks olunmalıdır və Ermənistan buna imza atmalıdır. Bu isə o deməkdir ki, sülh sazişi yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır və bu zaman postmüharibə reallıqları nəzərə alınmalıdır. Yalnız bu halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Azərbaycanın irəli sürdüyü ədalətlidir və beynəlxalq hüquqa uyğundur. Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Zəngəzur dəhlizinin açılmasını və əlbəttə ki, Ermənistan ordusunun silahlı birləşmələrinin də Qarabağ bölgəsindən çıxarılmasını təmin etməlidir. Gülər Sultanzadə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, YAP Binəqədi rayon təşkilatının fəal üzvü Geri dön |