Ana Sayfa > Özəl > Masallı-abidələşən şəhidlər
Masallı-abidələşən şəhidlər26-06-2023, 09:23. Yazar: sevinc1 |
Masallı rayon Heydər Əliyev Mərkəzində masallılı şəhidlərin xatirəsinə həsr edilmiş, ssenari müəllifi Zahir Əmənov olan və onun rəhbərliyi altında çəkilmiş "Masallı-abidələşən şəhidlər" sənədli film nümayiş olunub. Bu münasibətlə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid valideynləri, müharibə veteranları, qazilər və jurnalistlər iştirak ediblər. Ümummilli Lider Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılandan sonra rayon rəhbəri Araz Əhmədov geniş nitq söyləyib:- Bildiyiniz kimi bu il Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar silsilə tədbirləri həyata keçirilir. Həmin silsilə tədbirlərin davamı olaraq “Masallı-abidələşən şəhidlər” sənədli filmi nümayiş olunur. Film bütövlükdə Masallılı şəhidlərinə ithaf edilib. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında tarixi qələbə qazandıq. Ehtiram əlaməti olaraq şəhidlərin xatirəsinin əbədi yaşaması üçün keçirilən bu cür layihələrin vaxtaşırı təşkilindən ötrü əməli işlər görülür. Filimə gəldikdə isə onun əhəmiyyəti böyükdür, onun yaradıcı heyətinə təşəkkürümü bildirirəm. Viləş kəndindən olan iki şəhid anası Ziba Əsgərova, şəhid Bəyalı Məmmədovun qardaşı Vüsal Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı, Səfəralı Məmmədovun anası Şahdəstə Məmmədova, Vətən müharibəsi şəhidi Masim Qurbanovun atası Hafiz Qurbanov, yazıçı-publisist Pərvanə Ziyadova və digərləri çıxış edərək şəhid ailələrə, qazilərə dövlətdən diqqət və qayğı görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə Masallı rayon rəhbərliyinə öz razılığını bildiriblər. Filmin nümayişindən sonra söz yaradıcı heyətə verilib. Onlar filimin çəkilişindən, həmçinin çəkilişlərin hansı şəraitdə getdiyindən söz açıblar. Filminin ərsəyə gəlməsində səmərəli fəaliyyətinə görə yaradıcı heyət Masallı Rayon İcra Hakimiyyətinin başçısının Fəxri fərmanı, təşəkkürnamə, pul mükafatı və 1 ədəd kompüter dəsti ilə təltif olunublar. Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Geri dön |