Ana Sayfa > İqtisadiyyat / Manşet / Karusel > Beynəlxalq Bankda pulu olanların nəzərinə!

Beynəlxalq Bankda pulu olanların nəzərinə!


31-08-2015, 13:58. Yazar: admin


""Azərbaycan Beynəlxalq Bankı" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması bankda əmanəti olan müştərilərin qorunan vəsaitlərinə müəyyən təhlükə yaradacaq kimi fikirlərin heç bir əsası yoxdur".

Aia.az ın məlumatına görə, bunu "Azərbaycan Beynəlxalq Bankı”nın idarə heyətinin sədri Elmar Məmmədov AZƏRTAC-ın suallarını cavablandırarkən deyib. Obub sözlərinə görə, kütləvi informasiya vasitələrində özəlləşdirmə mövzusuna verilən şərhlər bəzən Fərmanın məzmununu təhrif edir:

"Ona görə də bu məqama bir qədər təfsilatlı şəkildə aydınlıq gətirmək istərdik. İndiki mərhələdə söhbət bankın özəlləşdirilməsindən yox, dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsindən gedir. "Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının iyulun 22-də keçirilmiş ümumi yığıncağında seçilmiş yeni idarə heyətinin əsas missiyası da özünün səlahiyyət müddətində - yəni dörd il ərzində bankın institusional inkişafı ilə məşğul olmaqdır".

ABB sədri bildirib ki, bu müddətdə cəlb olunan resursların, eləcə də verilən kreditlərin faiz dərəcələrinin mümkün qədər aşağı salınması ilə bankın maliyyə dayanıqlığı gücləndiriləcək. Bankın maliyyə resurslarının idarə edilməsi üzərində nəzarət artırılacaq: "Problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi də bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi məqsədinə əsaslanır. Hazırda banka sağlam kapital ona görə lazımdır ki, əlavə pul vəsaitləri cəlb edilsin. Dövlətin dəstəyi ilə bankdan problemli aktivlər çıxarılacaq və bu məqsədlə tətbiq edilən düzgün, səmərəli mexanizm bankın problemli aktivlərinin əvəzinə, real maliyyə resursları cəlb etməsinə imkan verəcək".

Elmar Məmmədov əlavə edib ki, dövlət tərəfindən "Azərbaycan Beynəlxalq Bankı”na dəstəkləyici tədbirlər davam etdirilir və Azərbaycan dövlətinin bu dəstəyi, bankın gələcəyinə ən böyük zəmanətdir.
Geri dön