Ana Sayfa > Siyasət > Əli Əliyevin də partiyası fəaliyyətini dayandırdı
Əli Əliyevin də partiyası fəaliyyətini dayandırdı25-06-2023, 17:44. Yazar: sevinc1 |
![]() Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb. aia.az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyası (VİP) fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb. "VİP "Siyasi partiyalar haqqında" yeni qanunun tələblərinə uyğun olaraq öz fəaliyyətini dəyandırmaq haqqında qərar qəbul edib", - bəyanatda deyilir. Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev idi. Onu da bildirək ki, bununla da özünü buraxan partiyaların sayı 28-ə çatıb. Fəaliyyətini dayandıran siyasi qurumlar aşağıdaklardır: 1. Qorqud Partiyası 2. Azərbaycan Kommunist Partiyası 3. Azərbaycan Tərəqqi Partiyası 4. Vahid Azərbaycan Milli Birlik Partiyası 5. Aydınlar Partiyası 6. Müstəqil Xalq Partiyası (MXP) 7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP) 8. Yeni Yol Partiyası 9. Azərbaycan Respublikaçılar Partiyası 10. Müstəqil Azərbaycan Partiyası 11. Azərbaycan Vahid Kommunist Partiyası 12. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) 13. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) 14. Milli Vəhdət Partiyası (MVP) 15. Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 16. Azərbaycan Naminə Alyans Partiyası (ANAP) 17. Azərbaycan Təkamül Partiyası 18. Birlik Partiyası 19. Azərbaycan Azad Respublikaçılar Partiyası 20. Milli Konqres Partiyası 21. Vətənpərvərlər Partiyası 22. Vətəndaş Birliyi Partiyası 23. Milli Demokrat-İdrak Partiyası 24. Milli Həmrəylik Partiyası 25. Sosial Ədalət Partiyası (SƏP) 26. Cümhuriyyət Xalq Partiyası (CXP) 27. Azərbaycan Libeal Partiyası 28. Vətəndaş və İnkişaf Partiyası aia.az Geri dön |