Ana Sayfa > Özəl > Vətənə əsgər olaq...

Vətənə əsgər olaq...


25-06-2023, 17:31. Yazar: sevinc1
Vətənə əsgər olaq...

Masallı Tarix -Diyarşünaslıq Muzeyində təşkil olunan növbəti tədbirə “ Vətənə əsgər olaq” başlığı seçilmişdi. Masallı Tarix -Diyarşünaslıq Muzeyi ,Masallı rayon Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələri İctimai Birliyinin Masallı rayon təşkilatının birgə təşkilatçılığı sayəsində “Heydər Əliyev ili” çərçivəsində 26 iyun- Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə keçirilən tədbirdə hərbiçilər, şəhid ailələri, müharibə veteranları, qazilər, mədəniyyət nümayəndələri, mətbuat işçiləri iştirak edirdilər.
Ulu öndər Heydər Əliyevin, eləcə Vətən uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanan tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva 26 iyun -Azərbaycanın Silahlı Qüvvələr Gününün 105 illiyi münasibətilə Milli Ordumuzun quruculuğunda əməyi olanları, bütün xalqı təbrik edib, sözü çıxışlara verdi.
Azərbaycan Respublikası  Müharibə, Əmək və Silahlı Qüvvələr” İctimai Birliyinin Masallı rayon təşkilatının  səbri Məmmədağa Şiriyev, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid ailələri İctimai Birliyinin Masallı filialının sədri Nahid Rəhimov, ehtiyatda olan mayor  Ramiz Tağıyev, Vətən müharibəsi iştirakçısı Həmid Mənsimov, Ədalət Hüseynov 105 yaşlı ordumuzun  yaranma tarixindən ,inkişafından, qazandığı qələbədən böyük sevinclə danışdılar. Şəhid anası Mehriban Sultanzadə gənclərin vətənpərvər ruhda böyüməsini və Vətənin keşiyində mərd dura bilən igid oğul böyütdüyünə görə qürur duyduğunu bildirdi. Masallı Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceri Ceyhun Bəşirov isə  ordunun mübarizliyinin onun xidmətində duran əsgərdən asılı olduğunu , doğma Azərbaycanımızın bütövlüyü , azadlığı uğrunda canından keçən Vətənin qəhrəman övladlarının hər zaman tarixdə qalacağını söylədi.
Yekunda  tədbirdə qatılan, ehtiyatda olan hərbiçilərə, şəhid ailələrinə, müharibə iştirakçılarına təşkilatçılar tərəfindən “Fəxri Fərman” verildi və muzeydə yaradılan  26 iyun -Silahlı Qüvvələr Gününə həsr edilmiş “ Mübariz ordumuz” adlı sərgiyə baxıldı.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Geri dön