Ana Sayfa > Təhsil > Məktəb direktoruna cinayət işi

Məktəb direktoruna cinayət işi


25-06-2023, 16:59. Yazar: sevinc1
Məktəb direktoruna cinayət işi

Daşkəsən rayonunda məktəb direktoru barəsində cinayət işi başlanılıb.

Bu barədə aia.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Daşkəsən rayon Şahvələdli kənd ümumi orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalar zamanı qeyd olunan məktəbin direktoru Roman Tağıyevin 2020-2023-cü illər ərzində əsassız olaraq əmək haqqı ödənilməsi ilə bağlı dövlət büdcəsindən ayrılmış pul vəsaitini mənimsəməsi və sair qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Geri dön