Ana Sayfa > Gündəm / Özəl / Təhsil > Bayramın mübarək,Azərbaycan əsgəri!
Bayramın mübarək,Azərbaycan əsgəri!25-06-2023, 15:37. Yazar: sevinc1 |
AİA.Az xəbər verir ki, 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ilə bağlı UNEC nəzdində Sosial-İqtisadi Kollecdə tədbir keçirilmişdir. Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Kollecin “Bank işi” ixtisasının 3 kurs tələbəsi Ləman Niftəliyevanın Azərbaycan Ordusuna həsr etdiyi “Məğlubedilməzlər”adlı qısametrajlı filmi nümayiş olundu. 44 günlük Vətən müharibəsinin iştirakcıları olan kollecin tələbələri Əlizamin Talıbzadə və Zirəddin Abbalı çıxış edərək keçdikləri döyüş yolundan söhbət açdılar. Kollecin çağrışaqədərki hazırlıq üzrə hərbi rəhbəri Xəlil Hüseynov Azərbaycan ordusunun yaranma tarixi barədə məlumat verərək bildirdi ki, 1918-ci il 26 iyun tarixli fərmanla yaradılmış Azərbaycan Milli Ordusunun qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etmişdir.1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordusunun ləğv edilməsi, yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Sovetində milli ordunun yaradılması haqqında qərarın qəbul edilməsi, Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi xalqımız üçün əlamətdar hadisədir.Bu gün dünyanın 50 ordusu sıralarında yer alan, Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Kollecin direktoru,pedaqoji elmlər doktoru Vidadi Orucov çıxışında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayaraq Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirdi. Daha sonra qeyd etdi ki, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etmiş, əsgər və zabitlərimiz nümayiş etdirdikləri igidlik və şücaət ilə qəhrəmanlıq dastanı yaratmışlar. Sonra kollecin Vətən müharibəsi iştirakçılarını bağrına basaraq “Siz millətimizin fəxrisiniz”deməsi alqışlarla qarşılanıb. Sonda kollecin “Qiyabi şöbə”üzrə 2674 nömrəli qrup tələbələri Aytən Baxışovanın və Ömər Ağazadənin qalib Azərbaycan Ordusuna həsr etdikləri şerlər səsləndirilib. Geri dön |