Ana Sayfa > Özəl > Hünəri dillərdən düşməyən qəhrəman Zaur
Hünəri dillərdən düşməyən qəhrəman Zaur25-06-2023, 14:53. Yazar: sevinc1 |
![]() Zaur Vaqif oğlu Hüseynovun adı Masallı camaatın dilindən düşmür. Bu, ər igid Vətən müharibəsində torpaq naminə döyüş meydanında göstərdiyi hünərlə millətin şərəfini uca tutub şəhid oldu. Beləcə də Zaur gəldiyi işıqlı dünyada 25 il yaşasa da, layiqli bir övlad olaraq xalq, Vətən qarşısındakı borcunu ləyaqətlə verir və yaşının çərçivəsinə sığmayan qəhrəmanlığın hesabına qəlblərə köçüb mənən diri qalmaqla əbədi yaşamaq hüququnu qazanır. Təkcə Masallı camaatına deyil, bütün Vətənə əziz olan Zaur Hüseynov Hərbi Akademiyanı bitirib 2018-ci ilə ön cəbhədə leytenant rütbəsində xidmətə başlayır. Qəlbi Vətən, torpaq sevgisi ilə döyünməklə bərabər, təcavüzkar erməni dığalarına qarşı sonsuz nifrət bəsləyir. Onlardan qisas almaq üçün sözün əsl mənasında alışıb-yanır. Xidmət zamanı həyatsevərliyi, nikbinliyi, mərdliyi onu xidmət etdiyi hərbi hissədə hamının gözündə ucaldır. Təlimlərdə, vacib əməliyyatlarda Zaur həmişə birinci olmağa can atır və nümunəvi döyüş keyfiyyətləri nümayiş edir. Bir növ əsgərlərinə qarşı da nümunəvi, ədalətli davranır. Leytenant Zaur Hüseynov ötən il sentyabrın 27-də Vətən müharibəsi başlanan an düşmənin üstünə gedir. Torpaq uğrunda, millət yolunda canından-qanında keçməyə həmişə hazır olan Vətən oğlu həmin günü müharibə meydanda düşmənlə sona qədər mərdliklə vuruşur. İdarə etdiyi BMP-si ilə dığaların bir neçə istehkamını, eləcə də xeyli canlı qüvvəsini məhv edir. Axırda özü də ağır yaralanır və vətən sevdalı ürəyi dayanır. Əbədi baş qoyduğu yer doğulub boya-başa çatdığı kənd Hişkədərə olur. Zaurun ən böyük arzusu Azərbaycanın əzəli yurd yerləri olan Qarabağı azad görmək idi. Elə Zaur kimi Vətən övladlarının qəhrəmanlığı, vətənpərvərliyi, hünəri sayəsində Azərbaycan Ordusu yağı düşmən üzərində zəfər çalıb 30 il həsrətində olduğumuz torpaqlar alındı. Zaurun arzusu həyata keçməklə, həm də minlərlə şəhidimizin qanı yerdə qalmadı. Onu da bildirim ki, leytenant Zaur Hüseynovun ikinci Qarabağ savaşında göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə medallarına layiq görülüb. Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Geri dön |