Ana Sayfa > Özəl > Ordun varsa Yurdun var Ordun yoxsa Yurdun yox!

Ordun varsa Yurdun var Ordun yoxsa Yurdun yox!


25-06-2023, 14:31. Yazar: sevinc1
Ordun varsa Yurdun var Ordun yoxsa Yurdun yox!

Hər birimizə məlumdu ki, xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu işləri dayandı. Azərbaycanda milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin 1969- cu ildə hakimiyyətə gəlişindən sonra başlandı. Onun müstəsna xidmətləri sahəsində mütəşəkkil ordu quruculuğu sahəsində işlər başlandı. O birinci növbədə 1971-ci ildə görkəmli sərkərdə C. Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu hərbi məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlər bu vacib və məsuliyyətli işin öhtəsindən gələ bilmədilər. Azərbaycan müstəqilliyini itirməsi təhlükəsi ilə üz-üzə qalmışdır. Xain Ermənistan torpaqlarımızı işğal edirdi. Həmin dövrdə ordudan əsər-əlamət yox idi. Hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Belə bir ağır vaxtda xalqın çağırış ilə hakimiyyətə qayıda, Ulu Öndər Heydər Əliyev bu nizamsız silahlı dəstələri ləğv edərək nizami ordu yaratmaq prosesinə start verdi. 1994-cü il mayın 12-də Ermənistan - Azərbaycan hərbi münaqişəsində atəşkəs imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Belə ki, Ulu Öndərin 1998-ci il tarixli fərmanına əsasən 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan olundu. Hər il bu gün rəsmi dövlət bayramı kimi qeyd edilir. Bundan sonra 1999-cu il 20 fevralda Ulu Öndərimizin Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Bunun ardınca Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi yaradıldı. Ulu Öndər Heydər Əliyev yaradılmış bu hərbi Ordu quruculuğu haqqında gözəl fikirlər söylədi. O yüksək tribunalardan çıxış edərək deyirdi ki, '' Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir. Biz müstəqil dövlətik. Müstəqil dövlətində özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və ordu təşkil edir. Bu orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi dövlətin qüdrətini təmin edir, orduya daha çox etibar etməsinə əsas verir ".
Ulu Öndərimizin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəlində Azərbaycan Natonun '' Sülh naminə tərəfdaşlıq '' proqramına əməkdaşlıq edirdi. 1996-cı ildə '' Planlaşdırma və analiz prosesi'' proqramına , 2001-ci ildə isə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına qoşuldu.
Beləliklə beynəlxalq sülhməramlı qüvvələrin tərkibində, Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan Azərbaycan Ordusu modern orduya çevrilidi. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə yeni bir mərhələyə qədəm qoydu. Ulu Öndərimizin ordu quruculuq siyasətini uğurla davam etdirən ölkə rəhbərliyi hərbiçilərinin peşəkarlığının artırılması, hazırlığın yüksəldilməsini daim ön planda saxladı. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradıldı. Ordumuz öz hərbi gücünü 2016-cı il aprel ayında sübut etdi. Aprelin 2- də Ermənistan ordusunun təxribatına cavab olaraq düşmən məğlubiyyətə uğradı, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı 2000 hektardan çox hissəsini azad etdi. Azərbaycan Ordusunun daha bir uğuru iki il sonra 2018-ci ilin mayında Günnüt Zəfəri ilə yadda qaldı. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyev əmri ilə 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi bir nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu ermənilərə sarsıdıcı zərbə vuraraq 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 300-dən çox kəndi işğaldan azad etdi. Bu tarixi qələbə birdə onunla yadda qaldı ki, bu müddət ərzində vətənpərvər Azərbaycan Ordusunda bir dənə də fərari olmadı. Qazanlımış qələbədə bir çox hərbi qulluqçu, zabit və əsgərlərimiz, ölkə rəhbərinin təşəbbüsü və sərəncamı ilə təsis edilmiş " Qarabağ" ordenləri, həmçinin "Vətən müharibəsi Qəhrəmanı", " Cəsur döyüşçü" və s - yə layiq görüldülər. Bu qələbə şəhid olmuş igid oğullarıda heç zaman unutmadı. Şəhid olmuş bu oğullar ölkə rəhbərinin hər zaman diqqət mərkəzində oldu. Bundan sonra 2022-ci ildə Azərbaycan ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşması məqsədilə Milli Müdafiə Universiteti yaradıldı. Bu da iki dövlət arasında tərəfdaşlığı və hərbi əməkdaşlığı müəyyən edən Şuşa Bəyannaməsinin imzalanmasına səbəb oldu. İsrail və Pakistan dövləti ilə hərbi əməkdaşlıq Azərbaycanın hərbi strategiyasında mühüm yer tutur.
Bu gün bizim ordumuz güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərməliyik ki, Azərbaycan xalqı yenilməz xalqdır. Onun müzəffər, cəsur və nizamlı ordusu var. Qeyrətli Ali Baş Komandanı və yenilməz, güclü dövləti var.

Hacıyeva Gülnarə Həsənqulu qızı,
Nəsimi rayon İctimai şuranın katibi.
Geri dön