Ana Sayfa > Seçki 2024 > Şirvanda növbəti təmizlik aksiyası keçirilib

Şirvanda növbəti təmizlik aksiyası keçirilib


24-06-2023, 23:51. Yazar: sevinc1
Şirvanda növbəti təmizlik aksiyası keçirilib

AİA.Az xəbər verir ki, 24 iyun 2023-cü il tarixində 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü, Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisinə daxil olan Kür çayının Şirvan şəhər ərazisindən keçən hissəsində təmizlik aksiyası keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin və digər qurumların iştirak etdiyi aksiya zamanı Kür çayı sahilində uzunluğu 3 km, sahəsi 3500 m²-lik sahələrə atılmış ümumi həcmi 1430 kq məişət tullantıları, xüsusilə də, plastik qablar, polietilen torbalar təmizlənərək zərərsizləşdirilməsi üçün şəhər məişət tullantıları poliqonuna daşınıb.
Ümumilikdə 170 nəfərin iştirak etdiyi aksiyada iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri aparılmışdır.
Geri dön