Ana Sayfa > İdman > Millimizin futbolçusu Bolqarıstanda debüt etdi

Millimizin futbolçusu Bolqarıstanda debüt etdi


24-06-2023, 16:00. Yazar: sevinc1
Millimizin futbolçusu Bolqarıstanda debüt etdi

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Bolqarıstanın "Arda" klubunda debüt edib.

aia.az xəbər verir ki, 20 yaşlı müdafiəçi "Maritsa"ya qarşı yoldaşlıq matçında meydana çıxıb.

Hüseynov görüşə start heyətdə başlayıb. Qarşılaşma "Arda"nın 3:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

aia.az
Geri dön